SƏRBƏST GÜLƏŞÇİMIZ HACI ƏLİYEV TOKİO OLİMPİADASINDA GÜMÜŞ MEDALA SAHİB OLUB

Sərbəst güləşçimiz Hacı Əliyev Tokio Olimpiadasında Azərbaycanın aktivinə növbəti gümüş medalı yazdırıb. İdmançımız finalda Yaponiya təmsilçisi, dünya və ikiqat Asiya çempionu Takuto Otoquro ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən görüş 5:4 hesabı ilə rəqib güləşçinin xeyrinə başa çatıb. Bununlada Hacı Əliyev “Tokio-2020”də gümüş medalla kifayətlənməli olub. Hazırda Azərbaycan millisinin aktivində 2 gümüş və 3 bürünc medal var. Gümüş medalları ölkəmizin aktivinə Hacı Əliyev və karateçi Rafael Ağayev, bürünc medalları isə cüdoçu İrina Kindzerska, boksçu Alfonso Dominges və yunan-Roma güləşçisi Rafiq Hüseynov yazdırıblar.