SƏMƏRQƏND UNİVERSİTETİNDƏ QƏNİRƏ PAŞAYEVA İLƏ GÖRÜŞ KEÇİRİLİB
Baxış sayı: 412
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə bu ölkədə keçirilən “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” çərçivəsində Azərbaycan Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri, millət vəkili Qənirə Paşayeva ilə görüş keçirilib. Tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşları, Azərbaycan Milli Məclisinin Mədəniyyət komitəsinin sədri, millət vəkili Qənirə Paşayeva, Özbəkistanın elm, ədəbiyyat xadimləri, universitetin müəllim-professor və tələbələri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Səmərqənd Dövlət Universitetin prorektoru Akmal Axadov qeyd edib ki, Səmərqənd Dövlət Universiteti qardaş Azərbaycandan gələn nümayəndə heyətlərini daim yüksək səviyyədə qarşılayır və Azərbaycanla münasibətlərə xüsusi önəm verir. Prorektor vurğulayıb ki, bu cür tədbirlər ölkələrimiz arasında dostluğa, elm, təhsil, mədəni əlaqələr üçün yeni imkanlar yaradır. Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan və Özbəkistan Mədəniyyət nazirliklərinin dəstəyi ilə keçirilən “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” tədbirlərinin Özbəkistanın Daşkənd şəhəri ilə yanaşı, regionlarda fəaliyyət göstərən ali təhsil müəssisələrini də əhatə etdiyini bildirib.
Azərbaycan Milli Məclisin Mədəniyyət komitəsinin sədri, millət vəkili Qənirə Paşayeva Universitetin rəhbərliyini, professor-müəllim, tələbə heyətini, bütün iştirakçıları Azərbaycan nümayəndə heyəti adından salamlayaraq, gözəl görüşün təşkili üçün təşəkkür edib. O, belə əlaqələrdə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rolunu minnətdarlıqla vurğulayıb. Komitə sədri qardaş ölkələrimiz arasında yalnız mədəniyyət, ədəbiyyat, təhsil və elm sahəsində deyil, istisnasız olaraq, bütün əməli fəaliyyət sahələri üzrə əməkdaşlığın dərinləşdiyini bildirib.