SÜLHMƏRAMLILARIN FƏALİYYƏTSİZLİYİ DAVAM EDİR
Baxış sayı: 542
Vətən müharibəsindən ötən iki ilə yaxın bir müddət ərzində ermənilər torpaqlarımızda müxtəlif təxribatlara əl atıb. Rusiya sülhməramlılarının nəzarət etməli olduqları bölgələrdə isə separatçılar rahatlıqla əlini – qolunu sallayaraq gəzə bilir. Əlbətdə ki, onlar bu cəsarəti, guya məramları sülh olan ruslardan aldıqlarına şübhə qalmır. Belə ki, iyulun 22 – də separatçılar yenə təxribatçı bir addım atmaqdan çəkinməyiblər. Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan torpaqlarımızda separatçı – terrorçu rejim, meşəlik ərazilərdən birində qurduqları hərbi – idman düşərgəsinin təntənəli açılışını edib. Düşərgənin təliminə 11 – ci sinif şagirdləri və qondarma peşə və ixtisas məktəblərinin II kurs tələbələri cəlb ediliblər.