İyunun 1-də Ermənistanla-Azərbaycan arasında sülh müqaviləsi
imzalansa, şad olaram. Bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. Mayın 3-də parlamentdı Ermənistan fraksiaysından olan deputat Qeqan Manukyan Baş nazirə ABŞ-Azərbaycan-Ermənistan, habelə Rysiya-Azərbaycan-Ermənistan rəsmləri arasında üçtərəfli görüşlə bağlı sual verib. Deputatın sualına cavab olaraq Nikol Paşinyan bildirib ki, onun artıq parlamentə təqdim etdikləri Vaşinqtonda müzakirə olunur. Masada Ermənistan- Azərbaycan sülh müqaviləsi ilə bağlı təkliflər sənədi var. Mən Xarici İşlər Nazirliyinə tapşırdım ki, sizi Azərbaycanın və Ermənistanın təklifləri ilə, bu sənədlə tanış etsin. Siz isə istəmədininz- deyə baş nazir əlavə edib. Daha sonra Müxalifətdən olan deputat Praqada keçirilən görüş formatında Vaşinqtonda müzakirə olunan sənəd əsasında iyunun 1-də Kişinyovda Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanmasının mümkün olub-olmamasını soruşub. Belə olsaydı çox sevinərdim. Bunlar pis xəbər deyil, əksinə yaxşı xəbərlərdir. Danışıqlar davam etdiyi üçün deyəcəyim hər hansısa bir mənfi vəya müsbət şərh gedişata təsir edəcək. Mən Vaşinqtona səfər edən rəsmilərə dedim ki, sərbəst danışıqlar aparsınlar və ictimaiyyətə açıqlanan fikirlərimiz çərçivəsində vurğuladım – Siz bilməlisiz ki, Azərbaycanla danışıqlar apardığınız sənədi mən imzalayacam – deyə Paşinyan qeyd edib.
{youtube}AGC38101z0M{/youtube}