RUSLAR AZƏRBAYCANA SƏFƏRLƏRİNİN SAYINI 50% ARTIRIB
Baxış sayı: 136
"Rusiyalı turistlərin Azərbaycana səfərlərinin sayı 50% artıb". Bu barədə Rusiyanın "Ostrovok" onlayn hotel və mənzil bronlaşdırma xidmətindən gazeta .ru-nun sorğusuna cavab olaraq bildirib. Bilgidə deyilir ki, rusiyalıların 2024-cü ilin sentyabr ayı üçün xaricdəki hotellərdə bronlaşdırmaları ümumilikdə 2023-cü ilin sentyabr ayı ilə müqayisədə 81% artıb. Tədqiqatın 2024-cü ilin avqust ayında aparıldığı vurğulanıb. Qeyd edək ki, ilk altı ayda ruslar turizm məqsədi ilə xaricə 4,9 milyon səfər edib. Rusiya vətəndaşlarının ən çox səyahət etdiyi ölkə Türkiyə olduğu halda, Qazaxıstan ikinci, Belarus isə üçüncü yerdədir. Azərbaycan bu siyahıda ilk onluqdadır. Ermənistan bu siyahıda Azərbaycandan 4 pillə geridədir.
#Rusiya #turist #Azərbaycan