RUSİYANIN LAÇIN-XANKƏNDİ YOLU İLƏ BAĞLI PLANI
Baxış sayı: 294
Ağdamdan keçən yol nəhayət ki, açilacaq. Bu sözlər Rusiyanin “Kommersant” qəzetində dərc olunan məqalədə öz əksini tapib. Qəzetin yazdiğina görə, Rusiyanin xarici işlər naziri Sergey Lavrov ilkin olaraq həm Azərbaycan, həm də erməni tərəfi razi salacaq bir variant təklif edib. Bu variant ondan ibarət idi ki, Ağdamdan keçən yol açilir və BQXK -nın vasitəsilə lazim olan ləvazimatlarin bu yolla daşinmasina başlanilir. Və bu yol vasitəsilə hərəkət başlayandan bir gün sonra Moskvanin təklifinə əsasən Laçin dəhlizində də nəqliyyatin hərəkəti bərpa edilir.
“Kommersant”-in verdiyi bilgiyə görə “Bu variant yüksək səviyyədə qəbul da olunmuşdu”. Qeyd edək ki, rəsmi Moskva məsələnin mahiyyətini çox mürəkkəb qiymətləndirir və onlar hesab edirlər ki, Baki güzəştə getmək niyyətində deyil. “Bizim, qərblilərin və hətta beynəlxalq təşkilatlarin birgə etdiyimiz cəhdlər heç bir nəticə vermir. Çünki Baki geri addim atmaq niyyətində deyil”- deyə məqalədə yazilir. Eyni zamanda, qəzet yazir ki, qondarma DQR-nin başinda duranlar da müqavimət göstərir. Belə ki, onlar da öz şərtlərini irəli sürürlər. Qondarma rejimin rəhbərliyi laçin dəhlizinin 24 saatdan sonra deyil, dərhal açilmasi tələbini irəli sürüblər. Bundan sonra isə qondarma DQR -nin rəsmiləri bəyan edib ki, Vaqif Xaçatryan dərhal azad edilməli və geri qaytarilmalidir. Bütün bu qalmaqallardan sonra isə Azərbaycan tərəfi heç bir güzəştin olmayacağini bildirib.