Bu il xarici ölkələrə səyahət etmək istəyən Rusiya vətəndaşlarının 15 %-nin seçimi Azərbaycandır. Bu barədə Rusiya KİV-lərində bilgi yayılıb.
Bilgiyə görə, qonşu ölkənin vətəndaşlarının 14 %-i Özbəkistana, 12 %-i Ermənistana, 12 %-i Türkiyəyə, 11 %-i isə Qırğızıstana getməyi planlaşdırır. İqtisadçı Pərviz Heydərovun fikrincə bu gün rusların Azərbaycanı turizm üçün seçməsinin bir neçə səbəbi var: “Birincisi, bu Rusiya-Ukrayna müharibəsi getdiyi dövrdə Rusiyadakı vəziyyətlə bağlıdır. Beləki, Ukrayna müharibəyə qədər turizm üçün ənəlverişli sayılan ölkələrdən biri idi. İndi ora getmək mümkün deyil. İkincisi, turizm bölgələrindən biri olan Türkiyə turizminin əvvəl pandemiyanın, daha sonra zəlzələnin vurduğu ziyan, iqtisadiyyatında olan infilyasiya Türkiyəyə xarici turist axınını zəiflətdi. Ancaq Azərbaycanda qeyd edilən bu səbəblər fonunda vəziyyət qənaətbəxşdir. Əvvəla hərbi-siyasi və iqtisadi baxımdan sabitlikdir, maliyyə dayanıqlığı var və turizm sektorunda müvafiq infrastruktur mövcuddur. Buna görə də indi turizm mövsümündə turistlərin ölkəyə gəlməsi yaxşı haldır. Çünki bu ölkə iqtisadiyyatı üçün əlavə gəlir mənbəyidir.