Altayda Vodopadnı buzlağı yosunların çiçəklənməsi səbəbindən qırmızıya boyanıb. Nadir təbiət hadisəsi Tomsk Dövlət Universitetinin ekspedisiyasının üzvləri
tərəfindən lentə alınıb və sosial şəbəkələrdə paylaşılıb. Ehtimallara görə, anomaliyaya səbəb bu qış Altay dağlarına yağan güclü qar ola bilər. Alimlərin fikrincə, qar yosunların çoxalması üçün əlverişli mühit yaradıb. Onların çiçəklənməsi isə öz növbəsində buzlağın əriməsini sürətləndirə bilər.