RUSİYA ORDUSUNA AĞIR ZƏRBƏ VURULDU

Rusiya qoşunları tezliklə Veqledar şəhəri istiqamətində hücum əməliyyatlarına

başlaya bilər.bu barədə Ukrayna Müdafiə Qüvvələrinin sözçüsü, polkovnik Aleksey Dmitraşkovski məlumat verib.“Hazırda Veqledar istiqamətində mərmi atmaqdan başqa aktiv döyüş əməliyyatları yoxdur, bu səbəbdən düşmənin böyük ehtimalla yaxın vaxtlarda bu ərazidə hücum əməliyyatlarına başlayacağını söyləmək olar. Düşmən Avdiv və Marin istiqamətlərində çoxlu sayda canlı qüvvəsini itirib, ona görə də düşünürəm ki, yaxın gələcəkdə qüvvələrini Vuqledara yönəldəcək”, - polkovnik deyib.Eyni zamanda, polkovnik vurğulayıb ki, Rusiya qüvvələri Ukrayna ordusunun əks-hücumu ərəfəsində istehkamlar tikməyə və tank əleyhinə sistemlər quraşdırmağa davam edirlər.Dmitraşkovski həmçinin rusların Donetsk istiqamətində əsas səylərinin Avdiv istiqamətində cəmləndiyini deyib:“Düşmən 28 hücum əməliyyatı keçirib, müdafiəçilərimizin mövqelərinə 485 hücum olub, amma bu istiqamətlərdə düşmən uğur qazana bilməyib. Əvəzində 2 bölüyə bərabər şəxsi heyətini, 10 döyüş texnikasını itirib”.

{youtube}s_dkZqv2M4s{/youtube}