RUSİYA ORDUSU DARMADAĞIN EDİLDİ

Rusiya qüvvələri canlı qüvvə və texnika itkisinə baxmayaraq, son sutkada Liman, Baxmut, Avdiv və Marin istiqamətlərində hücumlarını davam etdiriblər.

 

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Ukrayna ordusu bu istiqamətlərdə Rusiyanın 46 hücumunun qarşısını alıb. Baxmut və Marin hərbi əməliyyatların episentrində qalır.

Rusların Kupyan hücumları uğursuzluqla başa çatıb.

Liman istiqamətində hücum əməliyyatları keçirilməsə də, hava zərbələri endirilib.

Rusiya ordusunun Baxmuta hücumu davam edir. Hazırda şəhər uğrunda şiddətli döyüşlər gedir. Rusların bu istiqamətdə yaşayış məntəqələrinə hücumu nəticəsiz olub. Avdivə hücum da uğursuzluqla başa çatıb.

Ukrayna ordusu Marin şəhəri ərazisində Rusiya qoşunlarının çoxsaylı hücumlarını dəf edib.

Bundan başqa, gün ərzində Ukrayna qoşunları rusların mövqelərinə zərbələr endirib. Söhbət Ukrayna aviasiyasının rus ordusunun şəxsi heyəti və hərbi texnikasının cəmləşdiyi ərazilərə 17 zərbə endirməsindən gedir.

Ukraynanın raket qoşunları və artilleriya bölmələri isə Rusiyanın komanda məntəqəsinə, 6 canlı qüvvənin cəmləşdiyi əraziyə, 4 artilleriya bölməsinin yerləşdiyi mövqeyə, 1 zenit sisteminə və digər 7 hədəfə zərbələr endirib.