RUSİYA ORDUSU BAXMUTDA ÇƏTİN VƏZİYYƏTƏ DÜŞDÜ

Rusiyanın işğalçı qüvvələri Donetsk vilayətinin Baxmut bölgəsini tərk etməli olacaqlar. General Aleksandr Sırski rusları o istiqamətdə dalana dirəyib.

 

Bunu Ukrayna Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki, ukraynalı hərbi ekspert Roman Svitan bildirib.  "Popasnadan Slavyanska və Donetsk vilayətinin sərhədlərinə doğru Ukrayna Silahlı Qüvvələrinin ən azı üç-dörd müdafiə xətti var. Bu müdafiə xətləri Baxmut ərazisində yerləşən müdafiə xəttindən də güclüdür. Ruslar Donetsk vilayətinin sərhədlərinə çata bilməyəcəklər deyə, polkovnik vurğulayıb. Sırskinin sözlərinə görə, Rusiyanın əsas dairələrində ordunun ümumiyyətlə Baxmut istiqamətində nə etdiyini artıq müzakirə edirlər: "Sual yaranır ki, ruslar Baxmut ərazisində nə edirlər? Bu məsələ artıq Rusiyanın rəhbərliyi tərəfindən müzakirə olunmağa başlayıb. General Sırskinin idarə etdiyi vəziyyətə əsaslanaraq, ruslar geri çəkilmək qərarına gələ bilər".