Qubada 26033 hektar suvarılan torpaq sahəsi var. Sahələrin suvarma suyuna olan tələbat isə rayon ərazisindən keçən dağ çaylarından, eləcədə subartezian
quyusundan qaldırılan su heabına ödənilir. Bunun üçün rayonda 555.1 km uzunluğunda suvarma şəbəkəsindən istifadə olunur. Suvarma sularından istifadə edən rayon sakinləri beton üzlüyə alınmayan kanalların su itkisinə səbəb olduğunu deyirlər Quba Suvarma Sistemləri idarəsinin baş mühəndisi Samir Məmmədhüseynovun sözlərinə əsasən su istifadəçilərinin dayanıqlı və fasiləsiz suvarma suyu ilə təmin edilməsi üçün idarə tərəfindən gərəkli işlər görülür.Suvarma mövsümünə hazırlıq tədbirləri çərçivəsində həmçinin idarənin balansında olan bütün hidrotexniki qurğulara o cümlədən subartezian quyularına baxış keçirilmiş, cari təmir işləri görülərək mövsümə tam hazır vəziyyətə gətirilib.Yaz aylarında dağlıq rayonlarda dağ çaylarının yaratdığı sel və daşqın təhlükələri danılmaz faktlardandı. Bu təhlükələrin aradan qaldırılması məqsədilə də Quba Suvarma Sistemləri idarəsi tərəfindən rayon ərazisindən keçən çayların daha çox təhlükə gözlənilən hissələrində sel və daşqınlardan mübarizə məqsədi ilə çay məcralarda təmizləmə tədbirləri görülür.Onu da xatırladaq ki, görüləş işlər çərçivəsində rayonun Qudyalçayın sağ sahilində, Babaçayın sağ və sol sahilıərində, Qəçrəş kəndində yaşayış məntəqlərinin sel və daşqınlardan qorumaq üçün beton bəndlər tikilib.