RAMİZ RAMAZANLI: “CƏMİYYƏT QHT-LƏRƏ ETİBAR ETMİR”

İzləyicilər tərəfindən maraqla qarşılanan Qafqaz TV-nin “Sözümüzün Canı” verilişində daima müxtəlif mövzulara toxunulur. Verilişin növbəti sayının qonaqlarından biri olan jurnalist Ramiz Ramazanlı QHT- lərin fəaliyyətindən narazı olduğunu dilə gətirib. Jurnalist Ramiz Ramazanlı onu da əlavə edib ki, QHT- lər yaxşı layihələr yaza bilsələr də, ancaq bu layihələr sadəcə vərəq üzərində uğurlu görünür. Son vaxtlar yazı üzərində uğurlu görünən layihələrin həyata keçirilməsində isə, uğurlu heç nəyə rast gəlinmir.