QUSARDA TƏCİLİ YARDIM MAŞINI QƏZAYA DÜŞDÜ

Qusarda yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Sərdar Səfərov küçəsi ilə Mübariz İbrahimov küçəsinin kəsişməsində qeydə alınıb.

Təcili tibbi yardım avtomobili ilə yük maşını toqquşub. Qəza nəticəsində xəsarət alan olmayıb. Lakin toqquşma zamanı təcili tibbi yardım avtomobilinə ziyan dəyib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. Qəzanın hansı səbəbdən baş verdiyi araşdırılır. Faktla bağlı araşdırma aparılır.