QUSARDA QAYDALARI POZAN VELOSİPEDÇİLƏRƏ QARŞI TƏDBİR KEÇİRİLİB

Qusar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən velosiped və moped istifadəçilərinin yol hərəkəti qaydalarına riayət etməsi üçün maarifləndirmə məqsədli profilaktik tədbir

keçirilib.Təhlükəsizlik dəbilqəsindən istifadən etməyən, həmçinin digər qayda pozuntularına yol verən şəxslərlə söhbətlər aparılıb.Tədbirin keçirilməsində əsas məqsəd gələcəkdə velosipedçilərin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısını almaqdır.