QUSARDA QƏHVƏYİ MƏRMƏR BAĞACIĞINA QARŞI MÜBARİZƏ TƏDBİRLƏRİ DAVAM ETDİRİLİR
Baxış sayı: 15
Qusar rayonu Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzindən verilən bilgiyə görə Qusar rayonu ərazisində 10 mart 2023-cü il tarixindən 21 fevral 2026-cı il tarixinə kimi karantin tətbiq edilən zərərli orqanizm olan qəhvəyi mərmər bağacığının aşkar edilməsi məqsədi ilə 56 kənddə 800 ədəd feromon tələ asılıb. 27 kənddə ev təsərrüfatları və ictimai obyektlərdə vizual baxış zamanı aşkarlanan az sayda yetkin fərdlər müşahidə olunaraq, mexaniki üsullarla məhv edilib. 2025 ci ilin 9-13 oktyabr tarixlərində Qusar rayonu ərazisində temperatur 200 dən yuxarı olduğundan rayonun Şirvanlı, Qullar, Əcəxur, Əniq oba kəndlərində 167.16 ha qarışıq meyvə bağları, anbarlar və köhnə tikililərdə qəhvəyi mərmər bağacığı aşkar olunub. Büdcə vəsaiti hesabına bu zərərvericiyə qarşı bifenamin preparatı ilə kimyəvi mübarizə aparılib. Mütəmadi olaraq rayon ərazisində İƏD üzrə nümayəndələr və bələdiyyələr ilə birlikdə kəndlərdə vətəndaşlarla görüşlər, qəhvəyi mərmər bağacığının biologiya və morfologiyası barədə təlimlər keçirilib, zərərvericiyə qarşı aparılacaq mübarizə tədbirləri izah olunub və bukletlər paylanılıb. Tədbirlər hal-hazırda da davam etdirilir. Qeyd edək ki, zərərvericiyə qarşı mübarizə tədbirləri aparılması üçün Bitki mühafizəsi və fumiqasiya mərkəzinin balansında texnika və dərman preparatları mövcuddur. Məlumat üçün bildirək ki, qəhvəyi mərmər bağacığı ölçüsü 12-17 millimetr, qəhvəyi rəngli, üzərində ləkələr olan, bədəni azacıq yastı və armudvari formalı zərərvericidir. Zərərverici 300-dən çox bitki növü ilə qidalanaraq onların məhsuldarlığını əhəmiyyətli dərəcədə aşağı salır.
