QUSARDA HƏRBİ PARAD KEÇİRİLİB

Qusar rayon İcra Hakimiyyətinin və Müdafiə Nazirliyinin rayondakı komanda hərbi hissəsinin birgə təşkilatçılığı ilə baş tutan tədbir şəhərin general Mahmud Əbilov adına mərkəzi meydanında keçirildi. Əvvəlcə, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda edən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilildi və dövlət himni səsləndirildi. Qusar RİH-nin başçısı Şair Alxasov Silahlı Qüvvələrinin yaranmasının 104 illiyi münasibəti ilə bütün şəxsi heyəti, qaziləri və şəhid ailələrini təbrik etdi.Qeyd edək ki, Şəhidlərin ruhunu yad edən tədbir mərkəzi meydandan hərbi hissəyədək olan təxminən 4 km məsafədə paradla başa çatıb.