QURBAN BAYRAMINDA RAYONLARDAN GƏLƏNLƏRƏ DYP XƏBƏRDARLIQ ETDİ

Bu gün avtomobil yollarında nəqliyyat vasitələrinin sıxlığının və hərəkət intensivliyinin artması gözlənilir. Səbəb Qurban bayramı ilə əlaqədar müəyyən edilmiş qeyri-iş günlərində ölkənin müxtəlif bölgələrinə səfər etmiş əhalinin daimi yaşayış yerlərinə qayıtmasıdır. Bununla Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri diqqətli olmağa və təhlükəsizlik qaydalarına əməl etməyə çağırır. Həmçinin uzaq məsafə qət edən sürücü və sərnişinlər qısa müddətli istirahət üçün DYP-nin respublika əhəmiyyətli avtomobil yollarında yerləşən stasionar postlarında yaradılan şəraitdən istifadə edə bilərlər.