Portuqaliyanın Alqarve əyalətinin Pera şəhərində hər il keçirilən Beynəlxalq Qum heykəlləri festival insanların böyük marağına səbəb olur. ən çox da uşaqların marağına səbəb olan bu festivalda qumdan hazırlanan
müxtəlif növ cizgi film qəhramanları və tanınmış insanların heykəlləri nümayiş olunur. Son 16 ildir ki, Algarve əyalətinin Péra şəhərində keçirilən Beynəlxalq Qum Heykəlləri Festivalı hər yaşda insanların böyük marağına səbəb olur. 50 min ton qum heykəltəraşlar tərəfindən tanınmış şəxslərin, məşhur məkanların və cizgi film qəhramanlarının heykəllərini hazırlamaq üçün nəzərdə tutulub. Sərgini ziyarət edən qonaqlar müxtəlif ölkələrin adət-ənənələri, təbiəti, tarixi, incəsənəti, mədəniyyətini qumdan hazırlanmış heykəllərin formasında seyr edəcəklər. Gündüz Alqarve günəşi, qum heykəllərinin incə detallarını dəqiq bir şəkildə görməyə imkan verir. Gündüz ziyarətçisi olduğu qədər, sərginin gecə vaxtı da ziyarətçilər , işıqlandırma nəticəsində meydana çıxan heyranedici, füsunkar mənzərəni izləməyə gəlirlər