QUBAYA 13 SANTİMETR QAR YAĞIB

Yanvarın 13-ü səhər  saatlarından başlayaraq Quba rayonunun ərazisinə qar yağıb. Qar yağması ilə əlaqədar dağlıq ərazilərdə temperatur aşağı düşüb. Hazırda qar yağmaqda davam

edir. Qarın yağması ilə əlaqədar şimal bölgəsinin dağlıq ərazilərinə gedən yollarda avtomobillərin hərəkəti çətinləşsə də, bütün istiqamətlərdə, o cümlədən Quba-Xınalıq yolu da açıqdır.Hava şəraiti ilə əlaqədar Dövlət Yol Polisi əməkdaşları və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yerli idarəsinin növbətçi briqadaları gücləndirilmiş iş rejimində çalışır.Yolların hərəkət hissəsi qardan təmizlənərək qum-duz qarışığı səpilir. Təcrübəsiz və əraziyə bələd olmayan, həmçinin avtonəqliyyat vasitəsi hava şəraitinə uyğun təchiz edilməyən sürücülərin qarlı havada Quba-Qusar yolundan istifadə etməsi tövsiyə olunmur. Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən bildiriblər ki, ən çox qar Qubanın Xınalıq kəndinə yağıb. Burada qarın hündürlüyü 13 santimetrə çatır.