QUBANIN TƏNGƏALTI ƏRAZİSİNDƏN KEÇƏN ÇƏTİN RELYEFLİ HİSSƏSİNDƏ GENİŞLƏNDİRMƏ İŞLƏRİ APARILIR.

Ərazidə aparılan tikinti-quruculuq işləri ilə Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev tanış olub.Qubanın Təngəaltı ərazisində aparılan yol-infrastruktur layihəsi yekunlaşdıqdan sonra bu sahə qubalıların və rayonun qonaqlarının ən sevimli məkanlarından olacaq.

Qeyd edək ki, Quba-Qonaqkənd yolu respublikamızın şimal-qərb bölgələrini birləşdirəcək.110 km-lik Quba- Şamaxı yolunun çəkilişinin ilkin mərhələsidir.Çətin relyefli ərazilərdən keçən yolda mühüm infrastruktur layihələri icra olunub.Quba-Qonaqkənd yolunun Təngəaltı ərazisindən keçən hissəsində yolun genişləndirilməsi, avtomobillərin rahat və təhlükəsiz hərəkətini təmin etməklə yanaşı bu yerlərin turizm potensialının artımına da müsbət töhfələrini verəcək.Ərazidə aparılan tikinti-quruculuq işləri ilə tanış olan Quba rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyevə AAYDA-nın 5 saylı Yol-İstismarı idarəsinin direktoru Gülağa Əliyev məlumat verib ki, inşaatçılar qayaları çapmaqla paralel çay istiqamətində də 12 metr hündürlükdə beton sədlərin tikintisini də aparır.2020-ci ilin yay mövsümündə işlər yekunlaşdıqdan sonra qayalar xüsusi işıq effektləri ilə işıqlandırılacaq.Yolun əks tərəfindəki təbii füsunkarlıqların sehrini yaşamaq üçün beton keçidlər quraşdırılacaq.Məqsəd ətraf kəndlərin əhalisinin yaşam vəziyyətini daha da yaxşılaşdırmaqla yanaşı bu yerlərə ilin hər fəslində turist axınına da nail olmaqdır