Yağıntılar mövsümünün başlaması ilə coğrafiya institutu həyəcan təbili çalıb. İnstitutun geo-morfologiya və təbii risklər şöbəsi Quba ərazisində araşdırma aparıb. Məlum olubki, rayon ərazisində bir sıra yerlər risk altındadır.
Burda yeni sel ocaqları, sürüşmə sahələri əmələ gəlib Qubanın kəndlərində təbii tarazlıq pozulub, sel ocaqları əmələ gəlməyə başlayıb.Bunu Coğrafiya İnstitutunun Geomorfologiya və təbii risklər şöbəsindən bildiriblər. Rafael Abdullayevin sözlərinə görə institut tərəfindən Böyük Qafqazın şimal-şərq yamacı relyefinin ekoloji-geomorfoloji şəraitini öyrənmək üçün Şahdağ-Qızılqaya massivində, Xınalıq-Cek-Qırız-Qalayxudat kəndləri ərazilərində, Şahnabadçay-Qusarçay-Qudyalçay hövzələrində, Ləzə kəndi və ətraf yerlərdə tədqiqatlar aparılıb. Araşdırmalar nəticəsində ərazilərdəciddi problemlərin olduğu müəyyən edilib. qeyd edilib ki, ən böyük təhlükə xınalıqvə ləzzə kəndi ərazisində hökm sürür. Bu ərazilərin həddən artıq yüklənməsi və görülən işlər burdakı vəziyyəti daha da aşırlaşdırb. ola biləcək faciələrin qarşısını azda olsa almaq üçün ilk növəbədə həmin ərazilərdə olan yayalaqların bir müddət istifadə olunmaması və çəkilən yollarda yeni işlərin görülməsi mütləqdir.