QUBANIN İKİ KƏNDİNƏ MAVİ YAN ACAQ VERİLDİ
Baxış sayı: 25
Quba rayonunun Alekseyevka kənd İnzibati Ərazi Dairəsinin Timiryazev kəndində yeni qazlaşdırılan yaşayış massivinə və Əlik kənd İnzibati Ərazi Dairəsinin Qrızdəhnə kəndinə mavi yanacağın verilməsi münasibətilə Timiryazev kəndində tədbir keçirilib. Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Xaçmaz Regional Qaz İstismarı İdarəsinin rəisi Azər Abasov, Rayon İcra Hakimiyyətinin və Xaçmaz Regional Qaz İstismarı İdarəsinin məsul şəxsləri, rayon ictimaiyyətinin nümayəndələri və kənd sakinləri iştirak edib.
Çıxışlarda qeyd olunub ki, respublikamız son illərdə sosial-iqtisadi sahələrdə yüksək nailiyyətlər qazanıb, həyata keçirilən Dövlət Proqramları, Fərman və Sərəncamlar ölkəmizin hər bir guşəsinin yüksək tərəqqisinə, abadlaşmasına səbəb olub. Bu illər ərzində ölkəmizin yaşayış məntəqələrinin qazlaşdırılması sahəsində də böyük işlər görülüb. Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan siyasi kursun Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam və inkişaf etdirilməsi nəticəsində bu gün respublikamız regionun lider dövlətinə, davamlı inkişaf edən, dünyanın enerji təhlükəsizliyində mühüm rol oynayan bir dövlətə çevrilib. Son illərdə respublikamızın hər yerində olduğu kimi rayonumuzda da bütün sahələrdə mühüm işlər görülüb, doğma Qubamız böyük inkişaf yolu keçib. Bu dövrdə rayonun yaşayış məntəqələrinin mavi yanacaqla təmin olunması istiqamətində də xeyli işlər görülüb. Kənd sakinləri adından çıxış edən İsa Əlixanlı və Şirin İlyasov layihələrin reallaşmasına görə ölkə dövlət başçımıza və bu işdə əməyi olan hər bir kəsə dərin təşəkkürlərini bildirdilər. Çıxışlar başa çatdıqdan Rayon İcra Hakimiyyətinin başçısı və Xaçmaz Regional Qaz İstismarı İdarəsinin rəisi rəmzi məşəli yandırdılar.Sonra kənd sakini İslam Almasovun evinə gələrək mənzilə qazın verilişində iştirak edərək, ev sahibinə hədiyyələr təqdim etdilər.