QUBANIN II NÜGƏDİ KƏNDİNİN TURİZM POTENSİALI

Qubanın ən böyük kəndlərindən biri olan 2-ci Nügədi Qubalılarla yanaşı bura gələnlərin ən sevimli məkanlarından biridir. Buranın hər qarışı, gözəllikləri, təbiəti,

təmiz havası sanki ruha xoş ovqat qatır və istəyirsənki bu diyarı qarış-qarış gəzib yaradanın bizə bəxş etdiyi gözəlliklərlə təmasda olasan. Qafqaz sıra dağlarından süzülüb gələn Qaraçay vadisinin sahilində,bənzərsiz gözəlliklərlə əhatələnən bu kənd hər fəsildə bir cür unikal gözəlliyə boyanır. Kəndin əsl adı Nügdi olub, daha sonradan Nügədi kimi səsləndirilib. Nügədi sözünün mənası isə Yeni kənd olaraq bilinir. Kəndin əhalisinin əsasən Dərbənd yaxınlığındakı Nügdi kəndindən köçərək gəldiyi hesab edilir. 12800 nəfərlik əhalisi olan kənd camaatının bir qismi dövlət qulluğunda işlərində çalışır.Həmçinin 2-ci Nügədi kəndi Qubanın ən qədim meyvəçilik ənənələrini qoruyub saxlayır. Unikal gözəlliyə malik bu yurd, regionun ən böyük kəndlərindən biri olmaqla yanaşı, turizmin ən çox inkişaf etdiyi məkanlardan biridir. Sərin, səfalı bulaqlardan, dağlardan süzülüb gələn, sakit axan suların qovuşduğu əsrarəngiz göllər sanki kəndin təbiətinin gözəlliyini tamamlayır. Bu gözəlliklər və kənd camaatının istiqanlılığı,bura gələn turistlərin səfərini xoş anlarla bəzəyir.