QUBANIN İCRA BAŞÇISI SAKİNLƏRİN ŞİKAYƏTLƏRİNİ DİNLƏDİ
Baxış sayı: 17
Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Zərdabi qəsəbə inzibati ərazi dairəsinin Bağbanlı qəsəbəsində vətəndaşların səyyar qəbulunu keçirib. Qəbulda rayon prokuroru, rayon Ağsaqqallar Şurasının sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak edib. Səyyar qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilib.Qəbuldan əvvəl Rayon İcra Hakimiyyətinin başçısı aidiyyəti şəxslərlə birlikdə qəsəbənin Şəhidlər xatirə kompleksinin, Bağbanlı qəsəbə tam orta məktəbinin önündə qoyulmuş Birinci Qarabağ Müharibəsi şəhidi Mütəllimov Rövşən Qəni oğlunun büstünün və təhsil müəssisəsində yaradılmış Şəhidlər xatirə guşəsinin qarşısına gül dəstələri düzüb.