QUBANIN DƏVƏDABANI YAŞAYIŞ MASSİVİNDƏ SOSİAL-İNFRASTRUKTUR LAYİHƏLƏRİN İCRASINA BAŞLANIB

Qubanın Dəvədabanı yaşayış massivində sosial-infrastruktur layihələrin icrasına başlanıb. Dəvədabanı yaşayış massivi Quba şəhər İnzibati Ərazi Dairəsinə daxildir.

Qubalıların 1994-cü ildən məsgən saldığı bu ərazidə 3 mindən artıq əhali yaşayır.650 evdən ibarət olan Dəvədabanıda sosial-infrastruktur layihələrin icrasının vacibliyini nəzərə alan Quba rayon icra hakimiyyəti bu istiqamətdə işlərin icrasını nəzərdə tutur.Tarixində ilk dəfə bu qəsəbəyə ötən ilin son günlərində təbii qaz çəkildi ki, bu da sakinlərin böyük sevincinə səbəb oldu.Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevin müvafiq xidmət sahələri rəhbərləri ilə birgə Dəvədabanı yaşayış massivinə bu dəfəki gəlişinin səbəbi isə ərazidə sosial-infrastruktur layihələrin icrasına başlanma vəziyyəti ilə yerində maraqlanmaq idi. Quba şəhərinin bir hissəsi olan Dəvədabanıda uzun illər idi ki,yolların yararsız olmasından,məktəb və bağça olmamasından, xidmət sahələrinin yoxluğundan əziyyət çəkilirdi.Və bu qeyd olunanlar əhalinin haqlı narazılığına səbəb olurdu.Artıq yaxın vaxtlarda bu problemlər həllini tapacaq.Quba Rayon İcra Hakimiyyətinin başçısı əsaslı təmir olunaraq asvaltlanması nəzərdə tutulan əsas yollara, həmçinin məktəb və uşaq bağçası-körpələr evi binalarının tikintisi üçün nəzərdə tutulan sahələrə baxış keçirib.Layihə-smeta sənədləri ilə maraqlanan icra başçısı işlərə yaxın günlərdə başlanması və keyfiyyətli icrası ilə bağlı aidiyyatı qurumların rəhbərlərinə tapşırıqlar verib.Qeyd edək ki,Dəvədabanı yaşayış massivində həyata keçiriləcək sosial-infrastruktur layihələri rayonun daxili imkanları hesabına icra olunacaq.