QUBANIN BU KÜÇƏSİNDƏ EVLƏR ÇİRKAB SULARA QƏRQ OLUB

Qubanın Məmməd Əmin Rəsulzadə küçəsində kanalizasiya xətlərinin daşması sakinləri çətin vəziyyətə salıb. Çirkab suları evlərə və həyətlərə dolub. Son günlər yağan aramsız yağışlardan sonra ərazidə kanalizasiya sistemi iflic olub. Nəticədə çirkab suları küçələrə və yaşayış sahələrinə yayılıb. Bu hal ərazidə antisanitar vəziyyətin yaranmasına və üfunət qoxusunun yayılmasına səbəb olub. Sakinlərin sözlərinə görə, 3 gündür ki, ərazidə yaşamaq olduqca çətinləşib. Çünki əsl antisanitar vəziyyət hökm sürür. Məmməd Əmin Rəsulzadə küçəsi 171 ünvanında yaşayan Azadə Cəfərova deyir ki, məsələ ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət etsə də, uzun müddətdir heç bir tədbir görülmür. Qafqaz TV-nin çəkiliş qrupunun müdaxiləsindən sonra əraziyə texnika cəlb olunub. Amma həyətlərdə yığılan suların bir hissəsi çəkilsə də, kanalizasiya xəttinin işləməməsi problemi tam aradan qaldırmayıb. Hazırda ərazidə vəziyyət qismən stabilləşıb. Ancaq, əsas problem, yəni kanalizasiya xəttinin nasazlığı qalmaqdadır. Sakinlər problemin birdəfəlik həllini və kanalizasiya sisteminin bərpasını gözləyirlər.