QUBALILAR NOVRUZ BAYRAMINI BELƏ QARŞILADILAR

Novruz bayramı münasibəti ilə “Quba Meydanı” Mədəniyyət və İstirahət parkında ümumrayon tədbiri keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Rayon İcra

Hakimiyyətinin kollektivi, YAP Quba rayon təşkilatının sədri və kollektivi, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və kollektivləri, şəhid ailələri və qazilər, RİHB-nın İƏD-lər üzrə nümayəndələri və bələdiyyə sədrləri, ictimai təşkilatların rəhbərləri və kollektivləri, rayonun bütün idarə və müəssisələrinin rəhbərləri və əməkdaşları, həmçinin ictimaiyyət nümayəndələri iştirak edib. Tədbir Bahar qızı və Dədə Qorqudun Novruz təbriklərini çatdırması ilə başlandı. Daha sonra Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Novruz tonqalını alışdırmış və aidiyyəti şəxslərlə birlikdə mədəniyyət və istirahət parkının ərazisində rayonun idarə, müəssisə və təşkilatları, RİHB-nın İƏD-lər üzrə nümayəndəlikləri və bələdiyyələr tərəfindən təşki edilmiş ayrı-ayrı guşələrə baxış keçirib.