QUBALI ZƏFƏR QAZAXISTANDA YERLİ İDMANÇIYA QALİB GƏLDİ
Baxış sayı: 59
Quba rayonun Aşağı Atuc kəndindən olan MMA döyüşçüsü Zəfər Abdürrəhmanov növbəti peşəkar görüşünü Qazaxıstanda keçirib. Peşəkar döyüşçü uğurlu çıxışı ilə yadda qalıb. Belə ki, Zəfər, Qaraqanda şəhərində təşkil olunan NAIZA 73 turnirində rinqə çıxaraq növbəti qələbəsini qazanıb. Zəfər Abdurrəhmanov 3 raund davam edən qarşılaşmada rəqibinə qarşı üstünlük nümayiş etdirib və hakimlərin yekdil qərarı ilə qalib elan olunub. Ötən gün axşam saatlarında idmançımız böyüdüyü Quba şəhərinə gəlib.Çempionu şəhərin girəcəyində rayon rəsmiləri, idmançılar və ictimaiyyət nümayəndələri hərarətlə qarşıladılar. Qarşılanmadan sonra qalib Zəfər Abdürrəhmanov idmançılarla birgə Quba Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi uğrunda həyatından keçən igid şəhidlərimizin xatirəsini ehtiramla anaraq, məzarlarını ziyarət edib. Qeyd edək ki, 18 ildən çoxdur idmanın müxtəlif növləri ilə məşğul olan Zəfər bu günə qədər dünyanın bir çox ölkəsində keçirilən yarışlarda adını birincilər sırasına yazdırmağı bacarıb. Biz də öz növbəmizdə idmançımıza gələcək yarışlarda uğurlar diləyirik.