QUBALI MƏKTƏBLİLƏR “VEX IQ COMPETİTİON” ÜZRƏ RESPUBLİKA TURNİRİNDƏ
Baxış sayı: 20
Fevralın 7–i və 8-də Bakı Avropa Liseyində məktəblilər arasında “VEX V5 Robotics Competition” və “VEX IQ Competition” üzrə respublika turniri keçirilib. 10–15 yaş arası uşaqlar üçün təşkil olunan VEX IQ yarışına 36 komanda olmaqla 157 iştirakçı qatılıb. 14–17 yaş arası uşaqlar üçün keçirilən VEX V5 yarışına isə 16 komanda olmaqla 76 iştirakçı qatılıb.
Qeyd edək ki, yarışların qalibləri ABŞ-nin Missouri ştatında keçiriləcək "VEX Robotics" üzrə dünya çempionatında iştirak hüququ qazanacaqlar. Şagirdlər yarışda əvvəlcədən hazırlanmış robotları ilə xüsusi tapşırıqları yerinə yetirərək həm texniki biliklərini, həm də strateji düşüncə qabiliyyətlərini nümayiş etdiriblər. Turnirin keçirilməsində əsas məqsədi şagirdlərin robototexnika sahəsində bilik və bacarıqlarını inkişaf etdirmək, komanda işi, mühəndislik düşüncəsi və innovativ yanaşmanı təşviq etmək olub. Xatırladaq ki, yarış iştirakçıları turnirdə robotların qurulması, proqramlaşdırılması və müxtəlif texniki tapşırıqların yerinə yetirilməsi üzrə öz bilik və bacarıqlarını nümayiş etdiriblər. Bizdə Qafqaz TV ailəsi adından Nihada gələcək yarışlarında uğurlar arzulayır və onun inkişafında əməyi olan müəllimlərinə və valideyinlərinə təşəkkür edirik.
