QUBALI İDMANÇILAR BEYNƏLXALQ TURNİRİN QALİBLƏRİ OLDULAR

“ASLANOV WRESTLİNG”-in təşkilatçılığı ilə 20-22 may tarixlərində Bakı şəhərində U-12, U-15, U-17 və U-20 yaş qrupları arasında Azərbaycan çempion kəməri

turniri keçirilib. Turnirə Türkiyə, Rusiya, Türkmənistan, Qazaxstan, Özbəkistan və Azərbaycanın müxtəlif bölgələrindən güləşçilər qatılıb.

Quba güləş məktəbinin yetirmələri Elnar Hüseynov və İslam Sultanovda turnirə qatılanlar arasında olublar. Bütün rəqiblərindən daha güclü olmağı bacaran idmançılarımız turnirin qalibi olmağı bacarıblar.Qeyd edək ki, yeniyetmələr arasında belə turnirlərin keçirilməsi bölgələrdə olan perspektivli gənclərin üzə çıxarılmasında və yığma komandalara cəlb edilməsində xüsusi  rol oynayır.