QUBALI GƏNCLƏR DİNİ RADİKALİZM VƏ EKSTREMİZMƏ YOX DEYİR
Baxış sayı: 546
ADPU – nun Quba filialında “Dini radikalizm və ekstremizmə qarşı mübarizədə gənclərin rolu” mövzusunda tədbir keçirilib
Bu gün bütün dünyada dini radikalizm sürətlə yayılmaqda, dindən əsl mahiyyətindən uzaq olan bir sıra digər məqsədlər üçün istifadə cəhdləri çoxalmaqdadır. Müxtəlif dinlərin adı ilə pərdələnərək radikalizm və ekstremizm kimi qanunsuz fəaliyyətlərin həyata keçirilməsi, cəmiyyətin müxtəlif sosial təbəqələrindən olan insanların, xüsusilə də gənclərin bu prosseslərdə alət kimi istifadə edilməsi cəhdləri açıq şəkildə ortadadır. Elə bu məqsədlə də bu gün Azərbaycan Respublikasının Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi və İslahatçı gənclər İctimai Birliyinin təşkilatçılığı ilə ADPU – nun Quba filialında tələbə və müəllim kollektivinin qonağı olub. Tədbirdə Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək ictimayi Birliyinin və Diaspor İnformasiya Mərkəzinin sədri Toğrul Allahverdili, "İslahatçı gənclər" ictimai birliyinin sədri FƏRİD ŞAHBAZLI, Dini Qurumlar üzrə dövlət komitəsinin Quba regional idarəsinin əməkdaşı Fərid Məmmədov və Quba rayon İcra Hakimiyyətinin əməkdaşı Əhməd Nurullayev iştirak ediblər.