QUBALI AĞSAQQALLAR DA OPERATİV QƏRARGAHIN TƏLƏBLƏRİNƏ CİDDİ RİAYƏT EDƏNLƏRDƏNDİR

Quba rayon Ağsaqqallar Şurasının sədri, Kənd Təsərrüfatı naziri yanında Məsləhət Şurasının üzvü, Respublika Heyvandarlar Assosiasiyasının təsisçisi İldırım Məmmədov ölkəmizdə COVİD-19 pandemiyasına qarşı aparılan mübarizə tədbirləri çərçivəsində Nazirlər Kabineti yanında fəaliyyət göstərən operativ qərargahın tələblərinə ciddi riayət edənlərdəndir.

Azərbaycanımızda xüsusi karantin rejimi tətbiq olunandan evdəqalan İldırım əminin sanitar-gigiyenik qaydalara da ciddi əməl etməsinin nəticəsidir ki,maşallah olsun,sağlamlığı, gumrahlığı yerində.Tam izalyasiya vəziyyətində yaşayan ağsaqqalımız yeni əkin-biçin mövsümünün gəlişi səbəbindən təsərrüfat işlərini də ləngitmir.Deyir inşallah bu koronavirus bəlası tez bitər yaylağa da gecikmərəm.Onu da qeyd edək ki, 70 yaşlı İldırım Məmmədov Azərbaycanımızın kənd təsərrüfatı bilicilərindən, ömrünün çox hissəsini heyvandarlıq sahəsində keçirən ağsaqqallarımızdandır.Deyir yetər ki, dövlətin dediklərini edək, özümüzü yaxşı qoruyaq, boş ver koronanı filanı.Hələ çox çalışıb çox yaşamaqdır istəyim.Sağlam həyat tərzimin nəticəsidir ki, indi dəyərəm yüz cavana.