QUBALI ŞƏHİD HƏRBİÇİ DƏFN EDİLDİ

Bütün el, oba igid oğlunu qarşılamağa çıxdı. Əllərində 3 rəngli Azərbaycan bayrağı. Şəhid Azərbaycan hərbiçisinin uğrunda canından keçdiyi, üzərində şəhidlərin al qanı olan bayraqlar. Elə qubalı şəhid hərbiçisinin də doğulduğu İsnovqışlaq kəndinə gedən cənazəsi də bu bayrağa sarılı idi. 44 günlük Vətən Müharibəsi iştirakçısı idi Ümid İlqar oğlu Həsənov. Əsgəri xidmətini başa vurub gəldikdən sonra isə vətən torpaqlarından nigaran idi. Bu nagarançılıq onu rahat buraxmadı. Hərbu xidmətini bitirdikdən sonra yenidən könüllü olaraq müddətdən artıq hərbi qulluqçu kimi Azərbaycan Ordusu sıralarına qayıdır. Qayıdır və həbi xidmətini şəhidlik zirvəsinə ucalaraq bitirir. Ermənistan silahlı qüvvələri tərəfindən dövlət sərhədində törədilən genişmiqyaslı təxribatın qarşısını alarkən şəhidlik zirvəsinə ucalan hərbi qulluqçu Ümid İlqar oğlu Həsənov doğulub boya-başa çatdığı Quba rayonunun İsnovqışlaq kəndində torpağa tapşırıldı.Şəhidin dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmiləri, Millət Vəkili Vahid Əhmədov, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev , rayon ictimaiyyətinin nümayəndələri və kənd sakinləri iştirak ediblər. Dəfn mərasimində izdiham yaşanıb. Tabut üzərinə çəkilmiş üçrəngli Azərbaycan bayrağı ailəsinə təqdim edilib. Şəhidin cənazəsi İsnovqışlaq kənd qəbiristanlığında torpağa tapşırıldıqdan sonra , məzarı üstünə əklil və tər qərənfillər qoyulub.