QUBADA ZƏFƏR GÜNÜ İLƏ BAĞLI SİLSİLƏ TƏDBİRLƏR KEÇİRİLDİ
Baxış sayı: 13
Zəfər Gününün beşinci ildönümü münasibətilə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Milli Məclisin deputatı Müşfiq Məmmədli, YAP Quba rayon təşkilatının sədri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri tərəfindən Ulu Öndər Heydər Əliyevin adını daşıdığı Mədəniyyət və İstirahət parkında Ümummilli Liderin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzüllüb. Sonra şəhid ailələri, qazilər, müharibə iştirakçıları, regional və digər idarə, müəssisə, təşkilatların rəhbərləri, din xadimləri və ictimaiyyət nümayəndələrinin də iştirakı ilə rayonunun Şəhidlər Xiyabanı ziyarət olunub. Şəhidlərin məzarları üzərinə və xatirələrinə inşa edilmiş abidənin önünə gül dəstələri düzülüb, Şəhidlərin xatirəsi ehtiramla anılıb, ruhlarına dualar oxunub. Qeyd edək ki, rayon ictimaiyyəti tərəfindən Şəhidlər Xiyabanının ziyarəti gün ərzində davam edib. Daha sonra rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri Zəfər Günü münasibətilə Quba şəhərində “Soyqırımı memorial kompleksi”nin yaxınlığındakı ərazidə Rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunmuş ağacəkmə aksiyasında iştirak etdilər. Zəfər Günü münasibətilə təşkil edilən silsilə tədbirlər, Quba şəhərinin Nizami adına Mədəniyyət və İstirahət parkında respublikamızın bir sıra tanınmış incəsənət ustalarının və populyar müğənnilərin iştirakı ilə konsert proqramı ilə davam edib. Tədbirin əvvəlində müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün və suverenliyimizin təmin olunması yolunda canlarını fəda etmiş əziz şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir. Daha sonra respublikamızın tanınmış incəsənət ifaçıları və populyar müğənnilər musiqi nömrələri ilə çıxışlar etdilər. Bayram konsertindən sonra möhtəşəm atəşfəşanlıq təşkil olunub.
