QUBADA YENİ TAKSİ XİDMƏTİ FƏALİYYƏTƏ BAŞLADI

Taksi sözünü mənası latın dilindən tərcümədə taxo, yəni qiymətini müəyyən edirəm deməkdir. Taksi taksomotor — getdiyi yolun haqqı taksometrə əsasən ödənilən sərnişin və ya yük avtomobilidir. İlk taksi – iki təkərli arabalar hələ qədim Romada mövcud olub. Arabaların oxlarına tası olan «taksimetre» bərkidilmişdi, hansı ki, təxminən hər 200 metrlik məhəllədən bir tasa 1 daş salırmış. Yolun sonunda tasdakı daşların sayına görə ödəmə edilirmiş.Taksilərin kənarlarını bəzəyən ağ-qara xanalar ilk dəfə Çikaqo şəhərində ötən əsrin 20-ci illərində amerikan kompaniyası Checker tərəfindən tətbiq olunub. Dünyanın ən bahalı taksiləri hazırda İngiltərədədir. Bu kateqoriyada ikinci yeri İtaliya, üçüncü yeri isə Almaniya tutur. Bütün inkişaf etmiş ölkələrdə olduğu kimi Azərbaycan da taksi xidməti şirkətləri çalışır. Hətda son zamanlar bazarda taksi xidməti fəaliyyəti ilə məşğul olan şirkətlərin sayı artıb. Təbii ki, paytaxt Bakıda və Azərbaycanın böyük şəhərlərində. Bəs turizm bölgəsi kimi tanınan Şimal bölgəsində taksi xidmətləri ilə bağlı vəziyyət necədir?