Qubanın 2-ci böyük prospekti olan Vaqif küçəsi əsaslı təmir olunur. Şəhərin Heydər Əliyev prospektinə paralel olan Vaqif küçəsinin uzunluğu 2,5 km-dir.Küçədə əsaslı təmir işlərinin 15-iyun Qurtuluş günü ərəfəsində
yekunlaşdırılması üçün rayonun aidiyyatı qurumlarının imkanları səfərbər olunub.Əvvəllər bu yolun əsaslı təmir zəruriliyi ilə yanaşı ensiz olması və avtomobillərin birtərəfli hərəkət etməsi səbəbindən müəyyən çətinliklər yaşanıb, tez-tez aftoqəzalar, piyadaların həyatı üçün təklükə halları baş verirdisə artiq bütün bu kimi hallar aradan qalxacaq. Əsaslı təmirdən sonra Vaqif küçəsi daha geniş , daha abad, həmçinin işıqlı olacaq. Ən əsası küçədə nəqliyyatın ikitərəfli hərəkəti təmin olunacaq.Təmir-tikinti işlərinin gedişatına nəzarət etmək üçün Quba rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyev aidiyyatı qurumların rəhbərləri ilə birgə mütəmadi əraziyə baş çəkir, müvafiq tapşırıqlar verir.
Bu gün Quba rayon icra hakimiyyətində keçirilən toplantıda da əsas müzakirə mövzusu şəhərin Vaqif küçəsində aparılan əsaslı təmir və yenidənqurma işləri olub
Bildirilib ki, yeni yolda orta ayırıcı zolaq qoyulub üstü tamet üzlüklə üzlənəcək.Orta ayırıcı zolağa 130-a yaxın 2 tərəfli işıq dirəyi quraşdırılacaq.Yolun hər iki tərəfdə eni ən azı 8 metr, hətta bəzi yerlərdə 11 metr olacaq.Hər iki tərəfdə piyadaların rahat və təhlükəsiz hərəkəti üçün səkilər tikilir.İcra başçısı Ziyəddin Əliyevə o da məlumat verilib ki, küçə boyu 12 km-ə yaxın səki daşı düzülüb.Yol kənarı hazarlar tikilir və rənglənir.kommunikasiya xətləri yoldan kənarlaşdırılıb.Prospekt boyu Həsən Əliyev,Camo Hacınski, Tofiq Əhmədov və Şirəli Axundov küçələri ilə kəsişmədə, həmçinin şəhərin köhnəavtovağzal adlandırılan ərazidəki dairədən Qırmızı qəsəbə-Qusar-STK istiqamətində yolla birləşmədəki sonluqda geridönmə yeri, ASAN Xidmət tərəfdən başlanğıcda isə dairə qoyulacaq. Görülən işlərin gedişatından və keyfiyyətindən razılığını bildirən icra başçısı yenidən qurulan Vaqif küçəsinin 15-iyun Qurtuluş Günündə qubalıların və rayonun qonaqlarının istifadəsinə verilməsinin vacıbliyini bildirib.