QUBADA YENİ PARKIN İSTİFADƏYƏ VERİLƏCƏYİ TARİX MÜƏYYƏNLƏŞDİ

Quba parkları öz füsunkarlığı və abadlığı ilə bura üz tutanlarda xoş duyğular oyadır. Yaxın günlərdə Qubada daha bir istirahət-əyləncə mərkəzi qubalıların və rayonun qonaqlarının istifadəsinə veriləcək.

Yenidənqurulması işlərinə cari ilin mayından başlanan 28 may parkında artıq son tamamlama işləri görülür.Ərazidə aparılan işlərin vəziyyəti ilə tanış olan Quba Rayon Icra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevə məlumat verilib ki, parkın ərazisi 3,5 hektaradək genişləndirilib.Qudyalçayın sahilində,çoxillik nadir ağacların əhatəsində olan istirahət mərkəzində asudə vaxtın səmərəli və əyləncəli təşkili üçün lazımi şərait yaradılıb.Səkilərə tamet daş döşənib, pilləkən və arakəsmə divarlara aqlay üzlük çəkilib. Parkın ərazisində communal-infrastruktur layihələrin icrası başa çatdırılıb.burdan Qoba Soyqırımı Memorial kompleksi istiqamətindəki pilləkən də yenidən qurulub,qeyd olunan istiqamətdə yol asvaltlanıb.Ümumilikdə isə parkın ərazisində 5 min kvadratmetr tamet daş,4 min kvatdatmetr aqlay üzlük,10 min kvadratmetr asvalt, 8 min kvadratmetr qazon döşəmə işləri görülüb.40 ədəd müasir formatlı işıq dirəyi quraşdırılıb. Uzunluğu 40 eni isə 20 metr olan yeni idman meydançası futbol,voleybol və basketbol oynamaq mümkün olacaq.Eyni zamanda yeni idman qurğuları və yardımçı binalar da inşa olunur.28 may parkında yeni idman-əyləncə qurğuları da quraşdırılır.Quba rayon icra Hakimiyyətindən verilən məlumata görə park 9 noyabr-bayraq günündə qubalıların və rayonun qonaqlarının istifadəsinə veriləcək.Və bu münasibətlə təntənəli mərasim təşkil olunacaq