QUBADA YENİ İL YARMARKASI KEÇİRİLİR
Baxış sayı: 39
28 - 29 dekabr 2024-cü il tarixlərində Quba Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Quba şəhərinin Heydər Əliyev prospektinin “Quba meydanı” parkının qarşısındakı hissəsində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə kənd təsərrüfatı məhsullarının və digər tələbat mallarının satış yarmarkası keçirilir. Yarmarkanın təşkilində əsas məqsəd bazarlarda bayramqabağı süni qiymət artımının qarşısını almaq eləcə də yerli sakinlərin çoxçeşidli ərzaq məhsullarına olan tələbatını ödəməkdir. Yarmarkaya fermerlər tərəfindən satışa rayonda istehsal olunan meyvə, tərəvəz, ət, süd və digər məhsullar çıxarılıb. Alıcılara təklif olunun məhsullar bazar qiymətlərindən 15-20 faiz ucuzdur. Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov dekabrın 28-də yarmarka ilə tanış olub, qiymətlərə baxış keçirib, məhsulların sakinlərə keyfiyyətli və sərfəli təklif edilməsini tövsiyyə edib. Rayon rəhbəri aidiyyəti şəxslərə lazımi tapşırıqlar verib.