QUBADA YENİ İŞ YERİ AÇILDI
Baxış sayı: 517
Azərbaycan ali baş komandan İlham Əliyevin komandanlığı altında müzəffər Azərbacan ordusunun iki il öncə qazandığı böyük zəfərdən sonra ölkənin hər yerində quruculuq işləri gedir. İstər işğaldan azad edilmiş yurd yerlərimiz olsun, istərsə də ölkənin digər rayon və kəndlərinin hər yerində tikinti quruculuq, abadlıq işləri görülür. Görülən bu işlərsə vətəndaşların sosial rifahının yüksəldilməsi uğrundadı. Görülən belə işlərdən biri də yol infrasturktunun yaxşılaşdırılmasıdır ki, Qubada da bu yöndə bir çox işlər görülüb. Qubanın Amsar kəndində artıq istifadəyə verilən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “11 saylı xüsusi təyinatlı yol istismar” idarəsinin asfalt–beton zavodunun açılışı görülən işlərin davamıdır. Mərasimdə Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, YAP Quba rayon təşkilatının sədri, rayonun hüquq-mühafizə orqanları, idarə, müəssisələrinin rəhbərləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. Mərasimdə çıxış edən rayon rəhbəri respublikada, o cümlədən bu qədim diyarda gedən sosial-iqtisadi inkişfdan danışıb. Yeni zavodun istifadəyə verilməsini rayon üçün əlamətdar hadisə adlandıran Ziyəddin Əliyev zavodun açılması ilə daha 12 ailənin işlə təmin ediləcəyini vurğulayıb.
Digər tədbir iştirakçıları da Azərbaycanda gedən quruculuq işlərindən danışaraq, ölkəmiz inkişaf etdikcə əhalinin sosial durumunun yaxşılaşmasını vurğulayıblar. Bildirilib ki, Respublikamızın ildən-ilə güclənir, sürətlə inkişaf edir. Bu isə ölkə başçısı İlham Əliyevin apardığı iqtisadi siyasət sayəsində mümkün olub.
Çıxışlardan sonra açılışı bildirən lent kəsildi və zavod işə salındı.