QUBADA YANĞIN BAŞ VERDİ

Bu gün səhər saatlarında Quba şəhərinin Molla Pənah Vaqif küçəsində yanğın hadisəsi baş verib. Quba rayon DYMH- dən Qafqaz TV- verilən bilgiyə görə yanğın hadisəsi 1964-cü il təvəllüdlü Əzizov Natiq Məhəmməd oğluna məxsus fərdi yaşayış evinin həyətində baş verib. Dərhal hadisə yerinə FHN-nin Quba rayon dövlət yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Həyətdə yerləşən 10 ton ot bağlamasının 5 tonu yanaraq məhv olub. Digər 5 ton isə yanğından mühafizə olunub. Yanğın saat 10:37-də tam söndürülüb və digər ərazilərə keçməsinin qarşısı alınıb.