Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar B.Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzində "Xocalı: Faciədən Zəfərə" adlı tədbir keçirilib. Mədəniyyət Mərkəzinin və Quba
rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə keçirilən tədbirdə Quba Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı, şəhid ailələrinin üzvləri, qazilər və mədəniyyət işçiləri iştirak edib. Tədbir iştirakçıları əvvəcə məktəbli rəssamların Xocalı faciəsindən bəhs edən rəsm sərgisi, eləcə də mərkəzi kitabxananın nümayiş etdirdiyi kitab sərgisi ilə tanış olublar. Məktəbli rəssamların əl işlərindən ibarət müsabiqənin qalibləri fəxri diplomlarla mükafatlandırılıb. Tədbirdə çıxış edən B.Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzinin direktoru Ramiz Ramazanlı, Quba Rayon İcra Hakimiyyətinin məsul nümayəndəsi Arif Nəbiyev, Quba rayon MKS-nin direktoru Saməddin Nəsirov,Vətən Müharibəsi qazisi, Şəhid Ailələrinə Qayğı Cəmiyyətinin sədri Zaur Gülməmmədov Xocalı facəisindən, Vətən müharibəsində əldə edilən tarixi Zəfərdən söz açıblar. Artıq ərazi bütövlüyü tam təmin edilmiş bir xalq kimi hər birimizin qürurlu olduğu vurğulanıb.Tədbirdə Müzəffər Ali Baş Komandan Prezident cənab İlham Əliyevin işğaldan azad edilmiş tarixi torpaqlarımızda, o cümlədən Xocalıda Azərbaycanın üçrəngli bayrağını ucaltmasını əks etdirən videogörüntülər, Xocalıda həyata keçirilən möhtəşəm tikinti quruculuq işlərindən bəhs edən videosüjet nümayiş olunub. Daha sonra Mədəniyyət Mərkəzinin özfəaliyyət kollektivinin, Quba Könüllülər Teatrının bədii təqdimatları nümayiş olunub. Tədbir hərbçilərimizin Azərbaycan Respublikasının Dövlət Bayrağını təntənəli şəkildə səhnəyə gətirməsi ilə sona çatıb.