Sentyabrın 5-də “Azəriqaz” İB-nin baş direktoru Əkbər Hacıyev Quba şəhərində vətəndaşlarla görüşüb. Müraciətlərin əksəriyyəti yaşayış məntəqələrinin qazlaşdırılması, işə qəbul, qaza görə yaranmış
borcun araşdırılması, sənədləşmə qaydaları, qaz xətlərində, sayğaclarda yaranan nasazlıq və müxtəlif məsələlərlə bağlı olub. “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib. Vətəndaşların qəbul zamanı qaldırdıqları məsələlərin bir qismi yerindəcə həll olunub. Birliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə müvafiq orqanlara çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə götürülüb. Həmin gün “Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun müavinləri Ramil İsgəndərov Qusar, Ruslan Əliyev isə Şabranrayonlarında vətəndaşlarla görüşərək müraciət və şikayətlərlə tanış olub. Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şəraitin yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.