QUBADA VƏTƏN MÜHARİBƏSİ İŞTİRAKÇISININ TOYU OLDU
Baxış sayı: 128
Quba rayonunun Ağbil kəndindən olan, Vətən müharibəsi iştirakçısı Telman Elman oğlu Eyyubovun Quba şəhərində toy məclisi baş tutub. Toy məclisindən öncə, yeni ailə quranlar və qonaqlar Quba "Şəhidlər xiyabanı" ziyarət edib, şəhidlərin xatirəsi anılıb, məzarları üzərinə tər güllər düzüblər. Sonra toy məclisi Şadlıq sarayında davam etdi. İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Toy məclisində yeni ailə quranların doğmaları, yaxınları , qazilər və Şəhid ailələrinə qayğı cəmiyyətinin Quba şöbəsinin üzvləri və sədri iştirak edib. Tədbirdə iştirak edənlər bəy və gəlini təbrik edib, yeni ailə quranlara həyat yollarında uğurlar arzulayıblar. Vətən müharibəsi iştirakçısının ailəsi göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər. Qeyd edək ki, bəyin atası Elman Eyyubov da Birinci Qarabağ müharibəsi iştirakçısı olub.