QUBADA VƏTƏN MÜHARİBƏSİ İŞTİRAKÇISININ TOYU OLDU
Baxış sayı: 206
Quba rayonunun Üçgün kəndindən olan, Vətən müharibəsi iştirakçısı Nemət Əhməd oğlu Eldarovun Quba şəhərində toy məclisi baş tutub. Toy məclisindən öncə, yeni ailə quranlar və qonaqlar Dağlı kəndində İkinci Qarabağ müharibəsi şəhidi Yaşar Xudayevin adını daşıyan "Yaşar bulaq" xatirə bulaq kompleksi və Quba "Şəhidlər xiyabanı" ziyarət edib, şəhidlərin xatirəsi anıblar. Şadlıq evində ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Tədbirdə iştirak edən Quba Rayon İcra Hakimiyyətinin şöbə müdiri Asəf Şirinov yeni ailə quranlara həyat yollarında uğurlar arzulayıb. Sonra Şəhid ailələrinə qayğı cəmiyyətinin Quba rayon şöbəsinin müdiri Zaur Gülməmmədov və Nemət Eldarovun döyüş yoldaşları bəy və gəlini təbrik edib, onlara ən xoş arzularını çatdırdılar.Qazimizin ailəsi göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər. Qeyd edək ki, bəyin mərhum atası Əhməd Eldarov da Birinci Qarabağ müharibəsi iştirakçısı olub. Habelə Bəyin qardaşı İzzət də İkinci Qarabağ müharibəsi iştirakçısıdır.