QUBADA ULU ÖNDƏRİN 103-CÜ İLDÖNÜMÜNƏ HƏSR OLUNAN KONSERT PROQRAMI KEÇİRİLİB
Baxış sayı: 49
Bəşir Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzində Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi və Heydər Əliyev Sarayının Niyazi adına Dövlət Simfonik Orkestrinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş konsert proqramı keçirilib. Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi və rayonun mədəniyyət işçiləri, hüquq mühafizə orqanlarının rəhbərləri və kollektivləri, idarə-müəssisə və təşkilatların rəhbərləri və kollektivləri, şəhid ailələri, qazilər, rayon ictimaiyyətinin digər nümayəndələri, tələbələr və gənclər iştirak edib.Qafqaz TV xəbər verir ki, konserti Niyazi adına Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru, Xalq artisti Yalçın Adıgözəlov idarə edib. Mədəniyyət Mərkəzində keçirilən konsertdə Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Asəf Zeynallı, Vasif Adıgözəlov, Hacı Xanməmmədov və digər bəstəkarların əsərləri səsləndirilib. Qeyd edək ki, orkestrin və solistlərin yüksək peşəkarlıqla ifa etdiyi bir-birindən maraqlı ifaları yerli izləyicilərin böyük marağına səbəb olub. İncəsənət xadimlərinin çıxışları sürəkli alqışlarla qarşılanıb.
