QUBADA TURİSTLƏR EKOTURİZMLƏ DAHA ÇOX MARAQLANIRLAR

Qəçrəş meşəsi, Afurca şəlaləsi, möhtəşəm Qırız şəlaləsi, Çənlibel gölü, Cənnətbağı, əfsanəvi Xınalıq... Bu siyahını artırmaq da olar. İnsanı valeh edən Qubanın bu qeyri-adi,

ecazkar təbiət guşələri nəinki yerli turistlərin, həm də xarici qonaqların da sevimli istirahət yeridir. Təkrarsız gözəlliyə malik bu diyar respublikamızın ən böyük turizm məkanlarından biridir. Qudyalçayı, Ağ çay, Qara çay, Vəlvələ çayının sahilləri boyu sıralanan yaraşıqlı, müasir istirahət mərkəzlərinin sayı ildən-ilə artır. Bu istirahət mərkəzlərində istirahət etməyə üstünlük verən çox olsa da rayona gələn gələn turistlərin əksəriyyəti eko turizmə üstünlük verənləridir. Bunu Quba Destinasiya Menecment Təşkilatının direktoru Heybət Vəliyev deyib Rayona gələn turistlərin marağını nəzərə alıb rayonda turizmin digər növləri kimi ekoturizmin inkişafı istiqamətində də işlər görülür. Bura gələn turistlər üçün maraqlı ekskursiyaların təşkilindən başqa turistlərin getdikləri bütün kəndlər haqqında onlara ətraflı bilgilər verilir. Burda turizmin inkişafı Qubaya həm yerli, həm də xarici turistlərin axının sürətləndirib.