QUBADA TİBBİ AKSİYA KEÇİRİLİB

Elmi -Tədqiqat Kardiologiya İnstitutu, İcbari tibbi sığorta, TƏBİB və Quba Rayon Mərkəzi Xəstəxanasının təşkilatçılığı və təşəbbüsü ilə şəhid ailə üzvləri və Vətən Müharibəsi qaziləri üçün tibbi yoxlanış aksiyası keçirilib. Quba rayon Mərkəzi Xəstəxanasında təşkil edilən tibbi aksiyaya Quba, Qusar, Xaçmaz rayonlarında yaşayan 150-dən artıq insan qatılıb. Müayinələr üçün cəlb edilən vətəndaşlar kardioloji, endokrinoloji, şüa-diaqnostika və nevroloji müayinələrdən keçib. Müayinələrin nəticələrinə əsasən xəstələrə müvafiq müalicələr təyin edilib, digər patologiya aşkar olunan şəxslər isə ixtisaslaşmış tibb müəssisələrinə yönləndirilib. Xatırladaq ki, müayinələrin nəticələrinə əsasən xəstələrə müvafiq müalicələr təyin edilib, digər patologiya aşkar olunan şəxslər isə ixtisaslar üzrə növbətçi həkimlərə yönləndirilib.