QUBADA TANINMIŞ ŞAİRLƏ GÖRÜŞ KEÇİRİLİB

QUBADA TANINMIŞ ŞAİRLƏ GÖRÜŞ KEÇİRİLİB Quba - Xaçmaz Regional Mədəniyyət İdarəsi Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin və AYB-nın Quba bölməsinin birgə təşkilatçılığı ilə şair, publisist, AYB-nın üzvü, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Qəşəm Nəcəfzadə ilə oxucuların görüşü keçirilib. Tədbirdə kitabxana əməkdaşları, bölgə yazarları, gənclər, ziyalılar, kitabxananın fəal oxucuları və başqaları iştirak edib. Tədbirdə çıxış edən AYB-nın Quba bölməsinin sədri, şair Ramiz Qusarçaylı, Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Saməddin Nəsirov Qəşəm Nəcəfzadəyə xoş arzularını bildirərək, belə tədbirlərin oxucularla tez-tez keçirilməsinin əhəmiyyətindən danışıblar. Görüşdə çıxış edən müəllif qələmə aldığı son əsərləri, bədii ədəbiyyatın insan həyatındakı rolu haqqında geniş söhbət açıb, iştirakçılara dəyərli məsləhətlər verib,ona ünvanlanan sualları cavablandırıb. Tədbir çərçivəsində bölgə yazarları yeni qələmə aldıqları əsərlərindən parçalar səsləndiriblər. Sonda iştirakçılar xatirə şəkli çəkdirib.