Karantin rejimi dövründə ölkəmizdə fəaliyyətinə icazə verilənlər sırasında yol infrastruktur sahəsində çalışanlarlar da var. Əlbəttə ki, karantin rejimi qaydalarına və sanitar-gigiyenik, təhlükəsizlik tələblərinə əməl etmək şərtilə.
Qubada yol- infrastruktur sahəsində çalışanlar da karantin tələblərinə əməl etmək şərtilə tikinti-quruculuq işlərini davam etdirirlər. Dəvədabanı yaşayış massivi Quba şəhər İnzibati Ərazi Dairəsinə daxildir.Qubalıların 1994-cü ildən məsgən saldığı bu ərazidə 3 mindən artıq əhali yaşayır.650 evdən ibarət olan Dəvədabanıda sosial-infrastruktur layihələrin icrasının vacibliyini nəzərə alan Quba rayon icra hakimiyyəti bu istiqamətdə işlərin icrasına start verib.Tarixində ilk dəfə bu qəsəbəyə ötən ilin son günlərində təbii qaz çəkildi ki, bu da sakinlərin böyük sevincinə səbəb oldu.İndi isə dəvədəbanı yaşayış massivində yolların əsaslı təmirinə,asvaltlanmasına başlanıb. Qeyd edək ki, Quba şəhərinin bir hissəsi olan Dəvədabanıda uzun illər idi ki,yolların yararsız olmasından,məktəb və bağça olmamasından, xidmət sahələrinin yoxluğundan əziyyət çəkilirdi.Və bu qeyd olunanlar əhalinin haqlı narazılığına səbəb olurdu.Artıq yaxın vaxtlarda bu problemlər də həllini tapacaq.Quba rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyev Dəvədabanı yaşayış massivində əsaslı təmir olunaraq asvalt döşənən yollara baxış krçirib. Məlumat verilib ki,Dəvədabanı ərazisində ümumilikdə 6 km uzunluğunda yol asvaltlanacaq. Yol kənarlarında piyadalar üçün səkilər tikilir və işıqlandırma sistemi quraşdırılacaq. Qubanın Tofiq Əhmədov küçəsi boyu Dağıstan küçəsi ilə Vaqif prospektini birləşdirən ərazidə də abadlıq işlərinə başlanıb..Uzunluğu 1 km artıq olan bu küçə məqliyyat və piyada sarıdan şəhərin intensiv hərəkətli ərazilərindəndir. Burada indiyədək abadlıq işlərinin aparılmaması, hərəkətə maneəçilik törədən tikililərin mövcudluğu sıxlığa səbəb olurdu ki, bu da qubalıların və rayonun qonaqlarının haqlı narazılığına səbəb olurdu. Xüsusən də küçənin Mərkəzi Bazar ərazisindən keçən hissəsi ilə bağlı.Qeyd olunanları nəzərə alan Quba rayon icra hakimiyyəti Tofiq Əhmədov küçəsi boyu abadlıq, yenidənqurma işlərinə start verib. Əraziyə gələn Quba rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyevə burada icra olunan işlərlə bağlı məlumat verilib.İcra başçısı yol çəkilişi zamanı karantin rejimi qaydalarına,sanitar-gigiyenik tələblərə əməl olunmasının vacibliyini vurğulayıb. Qeyd edək ki,Dəvədabanı yaşayış massivində və Tofiq əhmədov küçəsində həyata keçirilən yol-infrastruktur layihələri rayonun daxili imkanları hesabına icra olunur.